Suriya ordusu SDQ-nin qərargahını darmadağın etdi

Suriya ordusu Hələb vilayətinin şərqində SDQ terror təşkilatının mövqelərinə artilleriya ilə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Hücum nəticəsində SDQ-nin Meskene şəhəri yaxınlığındakı fabrikdə yerləşən əməliyyat qərargahı dağıdılıb.

Bundan əvvəl SDQ-nin Fərat çayındakı Tişrin bəndi yaxınlığındakı postuna PUA-larla zərbələr endirmişdi.