Suriya ordusu Fərat çayının şərqində irəliləyərkən PKK/SDQ tərəfindən bölgədə yaradılan dağıntılar ortaya çıxıb. Əhalinin böyük çətinlik yaşamasına səbəb olan yıxılmış körpülər görüntülənib.
Sherg.az xəbər verir ki, Tabka və Rakka arasında SDQ tərəfindən dağıdılan körpülər səbəbindən əhali bəzən sandal vasitəsilə qarşı sahilə keçmək məcburiyyətində qalır. Hökumət dağılan körpüləri təmir etmək üçün işlərə başlayıb.
Münbiçin cənub-qərbindəki Tişrin Barajı altında isə SDQ-yə aid silah anbarı aşkar edilib; burada partlayıcılar, kamikaze dronlar, raket atıcılar və digər silahlar tapılıb. Ordu baraj altındakı terror təşkilatı simvollarını da götürüb.