Suriya ordusu Şeyx Məqsud bölgəsini SDQ-dən təmizləyib

Suriya ordusu Hələbin Şeyx Məqsud bölgəsinin Suriya Demokrtaik Qüvvələrindən tamamilə təmizləyib.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Suriya ordusu məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl SDQ-ə geri çəkilmək təklif olunub.

Qruplaşmanın geri çəkilməməsi səbəbindən Suriya ordusu əməliyyatlara başlayıb.