Suriya ordusunun Fərat çayının qərb sahilində terror təşkilatı YPG-nin nəzarətində olan Deyr Hafir bölgəsinə ilk hərbi bölmələri daxil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, əməliyyatlar çərçivəsində bölgəyə ordu qüvvələrinin yerləşdirilməsi mərhələli şəkildə davam etdirilir.