Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib.
APA-nın Moskva bürosu xəbər verir ki, Suriya liderinin təyyarəsi "Vnukovo" hava limanına enib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Moskvada Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq. Putin-əl-Şaraa görüşündə ikitərəfli əlaqələr, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
Xatırladaq ki, bu, Əhməd əl-Şaraanın Rusiyaya ikinci səfəridir.