"Syrian Petroleum" şirkəti yanvarın 24-də Həsəkədəki yataqlardan qaz emalı zavoduna 35 bar (1 bar 100 kPa-a bərabərdir) təzyiq altında xam qazın vurulmasına başladığını elan edib.
"Report" xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
Bildirilib ki, nasos stansiyaları vasitəsilə elektrik enerjisi istehsalı qazla təmin ediləcək. "Yeni tədarüklər elektrik şəbəkəsinin sabitləşdirilməsi və kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm addım olacaq" , - məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Suriyanın dövlət neft şirkəti "Syrian Petroleum" yeni azad edilmiş yataqlarda neft hasilatının başladığını elan edib.