Suriya təhlükəsizlik qüvvələrinin silahlı qruplaşmalarla toqquşmalarda 16 əməkdaşı ölüb
Yusif Nəzərli
15:34 30.04.2025
Dünya
470
Dəməşqin kənarında yerləşən Əşrəfiyyə Səhnaya qəsəbəsində silahlı qruplaşmalarla toqquşmalarda Suriya təhlükəsizlik qüvvələrinin azı 16 əməkdaşı ölüb.
“Report” xəbər verir ki, bu barədə “İl İhbariyyə” telekanalına təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib.
O, silahlı qruplaşmaların bir neçə yolu bağladığını, ordu və təhlükəsizlik qüvvələrinin mülki insanları qorumaq və qruplaşmaların mülki şəxslərə və ictimai əmlaka zərər verməməsi üçün onları zərərsizləşdirmək məqsədilə irəliləməyə çalışdığını deyib.
Kanal həmçinin bildirir ki, cinayətkar qruplaşmaları təqib etmək üçün qəsəbəyə təhlükəsizlik qüvvələrinin böyük kontingenti gəlib və komendant saatı tətbiq edilib.
“Syria TV” telekanalı isə məlumat yayıb ki, Dəməşqi Dəraa və Əs-Suveyda əyalətləri ilə birləşdirən əsas magistral yollar bağlanıb və buna səbəb Əşrəfiyyə Səhnaya qəsəbəsində yerləşən yaraqlı qruplaşmaların orada dinc sakinlərə qarşı hücumlar həyata keçirməsidir. Telekanalın məlumatına görə, son bir neçə saat ərzində çoxlu sayda dinc sakin ölüb və yaralanıb. Mülki itkilərin dəqiq sayı barədə məlumat verilmir.
Qeyd edək ki, çərşənbə günü səhər saatlarında Dəməşqin ətrafında, əsasən druzların yaşadığı qəsəbəyə silsilə silahlı hücumlar edilib. İlk hücum nəzarət-buraxılış məntəqəsinə edilib və orada 3 təhlükəsizlik əməkdaşı yaralanıb. Daha sonra onlar Dəraadan yola çıxan avtomobilə hücum edərək 6 nəfəri öldürüblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demet Akalına toxunan şəxsə şillə!
07:17 19.09.2026
Şou
Araqdan beyində degenerasiya baş verir
06:42 19.09.2026
Sağlamlıq
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət