Suriyanın təhlükəsizlik qüvvələri İŞİD-ə qarşı əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarına istinadla yerli media məlumat yayıb.
Qeyd olunub ki, Rakka bölgəsində hücum planlaşdıran İŞİD üzvləri əməliyyat nəticəsində zərərsizləşdirilib.
Əməliyyatın təfərrüatı barədə geniş məlumat verilməyib.