Suriyada həbsxanadan qaçan 81 İŞİD terrorçusu yenidən tutulub.
APA “Al Jazeera“ telekanalına istinadən xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriya Demokratik Qüvvələri (SDQ) Hasaka bölgəsində yerləşən əl-Şəddadi həbsxanasından İŞİD üzvü olan məhbusları buraxıb.
Hazırda Suriya ordusu və SDQ arasında Kobanidə döyüşlər gedir.