Suriyada Latakiya yaxınlığında yaraqlılara qarşı əməliyyatlar davam edir

Suriya Daxili Təhlükəsizlik Qüvvələrinin xüsusi təyinatlıları Latakiya şəhəri yaxınlığında yaraqlıları təqib edir.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Xüsusi təyinatlı qüvvələr Baabda kəndindəki fermada təmizləmə əməliyyatı apararkən dəstə üzvləri ilə toqquşublar. Yaraqlılar təhlükəsizlik qüvvələrinə müqavimət göstəriblər, lakin itki verərək geri çəkiliblər. Təhlükəsizlik qüvvələri hazırda cinayətkarları təqib edir" - məlumatda qeyd olunur.