Suriyada son vəziyyət: Hələbdə YPG/SDQ-yə verilən müddət başa çatdı

Suriyanın Hələb şəhərində Suriya ordusu ilə YPG/SDQ arasında atəşkəs elan olunub.

Sherg.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin silahlı qruplaşmanın şəhəri tərk etməsi üçün verdiyi müddət saat 09:00-da başa çatıb. YPG/SDQ-nin Hələbdən çıxmaması halında ordunun nöqtə əməliyyatlarını davam etdirəcəyi bildirilib. Şəhərdə komendant saatı tətbiq olunub, axtarış-tarama tədbirləri aparılır. ABŞ isə atəşkəsin uzadılmasını dəstəklədiyini açıqlayıb.