Suriyada yeni razılaşma: Toqquşmalar 2 günə dayanacaq

Suriya hökuməti PKK-nın uzantısı olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə yeni razılaşma imzalayıb. Razılaşmaya əsasən, bütün hərbi əməliyyatlar dayandırılacaq və toqquşmalar iki gün ərzində tamamilə sona çatacaq.

Sherg.az xəbər verir ki, Suriya Dövlət Televiziyasının məlumatına görə, prezident Əhməd Əl-Şara SDQ rəhbəri Mazlum Abdi ilə Dəməşqdə görüşüb. Tərəflər bütün cəbhə xətlərində hərbi fəaliyyətin dayandırılması və şimal-şərq bölgələrində yeni təhlükəsizlik mexanizmlərinin yaradılması barədə razılığa gəliblər.

Razılaşma həmçinin SDQ qüvvələrinin mərhələli şəkildə Suriya dövlət qurumlarına inteqrasiyasını nəzərdə tutur. İcra prosesinə yaxın iki gün ərzində başlanacağı bildirilir.