Tabutun içindən körpə yox, kukla çıxdı
20:40 17.02.2021
Dünya
868
Bu yaxınlarda Rusiyada saxta bir körpə və onun cənazə qalmaqalı baş verib.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubundakı Stavropol bölgəsində yaşayan Dağıstan əsilli cütlüklər Davut və Laura uzun müddətdən sonra uşaq sahibi olmaq istəyiblər. Ərini itirəcəyindən qorxan Laura keçən il ailəsinə hamilə olduğunu və tezliklə övlad sahibi olacağına dair müjdə verib. Hətta Laura ərinə əkiz gözlədiyini açıqlayıb.
Doqquzuncu ayın sonunda özünün uydurduğu yalana belə inanmağa başlayan qadın xəstəxanaya tərəf gedib-gəlməyə başlayıb. Epidemiyanı bəhanə gətirən Laura qohumlarının hətta onlarla birgə qalmasına məcbur edib. Sonradan xəstəxananın yaxınlığında bir ev tutan qadın bir neçə gününü burada keçirərək "körpə hekayəsi"ni necə bitirəcəyini planlaşdırmağa başlayıb.
Laura oyuncaq mağazasından körpəyə bənzəyən iki kukla alıb. Bir neçə gündən sonra isə o, ailəsinə dünyaya gətirdiyi əkizlərin doğuşdan sonra bir xəstəlik səbəbindən xəstəxanada öldüyünü deyib. Öldüyü iddia edilən körpələrin cəsədlərini möhürlənmiş bir tabutda evə gətirilib. Kədərlənən ailə ölən körpələri üçün dəfn hazırlıqlarına başlayıb.
Bu zaman ata Davut körpələrini bir dəfə də olsun görmək istəyib. Tabutu açanda isə şoka düşüb. O, kəfəndə uşaqlar əvəzinə kuklaları görüb. Həqiqət üzə çıxdıqda, Laura əvvəlcə kuklaların xəstəxana işçiləri tərəfindən tabuta qoyulduğunu iddia edib.
Ancaq polislər xəstəxanaya gedəndən sonra işin əsl üzü açılıb. Məlum olub ki, Laura heç vaxt heç bir xəstəxanada doğum etməyib. Rusiyada geniş əks-sədaya səbəb olan bu hadisə indi polislər və psixiatriya həkimləri tərəfindən araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya