Tailand və Kamboca arasında atəşkəsə dair yüksəksəviyyəli müzakirələr olacaq

Tailand və Kamboca arasında baş verən münaqişədə atəşkəsin təmin edilməsi üçün dekabrın 27-də birgə Baş Sərhəd Komitəsi çərçivəsində yüksəksəviyyəli müzakirələr keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Dekabrın 24-dən 26-dək tərəflər ilkin danışıqlar aparacaq. Yüksəksəviyyəli müzakirələr dekabrın 27-də keçiriləcək. Bu, komitənin bütün iclasları üçün standart formatdır", - deyə məlumatda bildirilir.