Taliban kişilərin saqqal uzunluğunu ciddi şəkildə nəzarətə götürüb.
Sherg.az xəbər verir ki, bərbərlər, müştərilərin saqqalını “çox qısa” kəsməsi səbəbindən həbs riski ilə üzləşirlər. Nazirlik hesab edir ki, qısa saqqal “qadınlara bənzəməyə çalışmaq” deməkdir və saqqal bir yumruq uzunluğundan qısa olmamalıdır.
Patrullar küçələrdə gəzərək qaydanın tətbiqini yoxlayır, həm bərbərlər, həm də müştərilər qorxudan gizlənirlər. Bəzi bölgələrdə qaydanı pozanlar həbs cəzası alıb. Universitetlərdə də saqqal və İslami görünüş tələbləri tətbiq olunur. Hökumət nümayəndələri isə bunun şəxsi sahəyə müdaxilə olmadığını bildirirlər.