Tayyib Ərdoğan: Terror, digər təhdid və təxribatlar Türkiyəni yolundan döndərə bilməyəcək
13:07 01.11.2020
Dünya
575
Türkiyə olaraq haqqın və ədalətin yanındayıq. Həyata keçirdiyimiz mücadiləni uğurla davam etdirməyimiz sayəsində Türkiyə dünya siyasətində və iqtisadiyyatında güclülər arasında yer alacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın Samsun təşkilatının konfransında söyləyib.
İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, doğmalarına başsağlığı, yaralananlara şəfa diləyən dövlət başçısı bildirib ki, yeraltı təkanın fəsadlarının tez bir zamanda aradan qaldırılması üçün ciddi addımlar atılacaq.
Türkiyənin bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacağını, Qarabağ məsələsində açıq və qətiyyətli mövqe nümayiş etdirdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici siyasətinin istiqamətlərindən, hədəflərindən danışıb. Dövlət başçısı bildirib ki, xalqın etimadını bundan sonra da doğruldaraq ölkəyə xidmətlərini birlikdə davam etdirəcəklər. Terror, digər təhdid və təxribatlar Türkiyəni yolundan döndərə bilməyəcək.
Ədalət və İnkişaf Partiyasının keçdiyi uzun və şərəfli yoldan bəhs edən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, AKP-nin Samsun təşkilatı bundan sonra da səmərəli fəaliyyəti ilə öndə olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm