Tbilisi qarışdı: "Gürcü Arzusu"nun ofisi qarşısında gərginlik...

Paytaxt Tbilisidə "Gürcü Arzusu" partiyasının mərkəzi ofisi qarşısında etirazçılar və polis arasında qarşıdurma yaşanıb.

24News.ge xəbər verir ki, aksiyanın təşkilatçıları "Gürcüstan hərəkatı"nın üzvləri olub.

Etirazçılar mərkəzi ofis binası yaxınlığında yerə müxtəlif sloqanlar yazıblar və bu zaman vəziyyət gərginləşib. İnsident zamanı polis iki nəfəri saxlayıb. Hazırda ərazidə vəziyyət gərgin olaraq qalmaqdadır.

Qeyd edək ki, etirazçılar komendant saatının götürülməsini və həmçinin ölkədə sistemli dəyişikliklər tələb edirlər.