Tbilisidə polis dəstələri etirazçılara müdaxilə edib, çox sayda saxlanılanlar var
Yusif Nəzərli
15:16 02.02.2025
Dünya
394
Tbilisidə xüsusi təyinatlı polis dəstələri strateji əhəmiyyətli yolu bağlamağa çalışan etirazçılara müdaxilə edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, “Tbilisi Mall”ın yaxınlığına toplanan etirazçılar paytaxtın şimal girişi olan Aqmaşenebeli prospektini bağlamağa cəhd ediblər. Etirazla əlaqədar əraziyə yüzlərlə polis xüsusi təyinatlısı cəlb olunub, çox sayda saxlanılanlar var. Gürcüstan DİN etirazçılara müraciət edərək qanunla müəyyən edilən çərçivəni aşmamağa çağırıb və strateji əhəmiyyətli yolun bağlanmasının cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib. Hazırda ərazidə gərginlik davam edir.
Etirazçılar aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını, yeni seçkilərin keçirilməsi kimi tələblər irəli sürürlər. Polisin müdaxiləsi zamanı xəsarət alanların olduğu bildirilir.
***
Tbilisiyə şimal tərəfdən girişin bağlanması planlaşdırılan “Tbilisi Mall” ticarət mərkəzinin yaxınlığında keçirilən aksiyada vəziyyət sakitdir.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, aksiyada bir neçə yüz etirazçı var. Onlar əsasən ticarət mərkəzinin mərkəzi girişində cəmləşiblər. Ticarət mərkəzinin yaxınlığında polis patrulları yerləşdirilib. Etirazçılarla polis arasında toqquşma yoxdur. Zaman-zaman hökumət əleyhinə şüarlar eşidilir. Mitinqdə müxalifət nümayəndələri də iştirak edir.
Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayaraq etirazçılara bir daha xəbərdarlıq edib ki, Tbilisiyə giriş beynəlxalq əhəmiyyətli strateji yoldur və tıxanma cinayət cəzası ilə nəticələnəcək. Ticarət mərkəzinin özü adi qaydada işləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya