Tehranda karantin rejiminin şərtləri yumşaldılıb
13:43 12.04.2020
Dünya
687
Son 24 saat ərzində İranda koronavirusdan 177 nəfər həyatını itirib, 1627 nəfər isə karantinə alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib.
Bununla da İranda virusa yoluxanların sayı 71 min 686, ölənlərin sayı isə 4 min 474 nəfərə çatıb.
Koronavirusla mübarizə üçün yaradılmış milli komitədə çıxış edən Prezident Həsən Ruhani bildirib ki, İranda virusa yoluxanların 2 faizi dünyalarını dəyişib. Lakin Avropa ölkələrində bu rəqəm 22 faiz təşkil edir. Onun sözlərinə görə, sanksiyalar İrana virusla mübarizə aparmaq üçün əngəllər törətsə də xalqın birliyi və həkimlərin fədakarlığı daha böyük fəlakətin qarşısını alıb.
Prezident qeyd edib ki, Tehranda karantin şərtləri yumşaldılıb. Bəzi müəssisələrin işə başlamasına və metro istisna olmaqla şəhər daxili ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Lakin vətəndaşlar diqqətli olaraq sosial məsafəni gözləməli və tibbi maskasız bayıra çıxmamalıdırlar. Bununla yanaşı, Tehranda dezinfeksiya işləri davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya