"Telegram"ın yaradıcısı Fransadakı həbsinin səbəbini açıqladı
Yusif Nəzərli
03:16 25.08.2025
Dünya
314
"Telegram"ın həmtəsisçisi Pavel Durov bir il əvvəl baş vermiş həbsini Fransa polisinin səhvi adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
"Mən Fransa polisinin öz səhvi ucbatından həbs olundum. 2024-cü ilin avqust ayına qədər onlar Fransa və Aİ qanunlarına məhəl qoymadılar və tələb olunan hüquqi prosedur vasitəsilə "Telegram"a sorğu göndərmədilər", - Durov yazıb.
O vurğulayıb ki, bir il sonra ona qarşı aparılan istintaq təqsirini üzə çıxara bilməyib.
Durovun sözlərinə görə, həbsinin yeganə nəticəsi Fransanın azad ölkə imicinə xələl gətirmək olub. O həmçinin bildirib ki, həbsindən bir il sonra o, hər 14 gündən bir Fransaya qayıtmağa məcbur olur, halbuki apellyasiya iclası günü hələ təyin olunmayıb.
Xatırladaq ki, ötən il avqustun 24-də Durov Parisdəki Le Burje hava limanında həbs edilib. Qısa müddət sonra iş adamı 5 milyon avro girov müqabilində məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm