Təyyarə qəzasında həlak olanların xatirəsi Özbəkistanda anılıb
Yusif Nəzərli
16:30 27.12.2024
Dünya
332
Özbəkistanın Baş naziri Abdulla Aripovun başçılıq etdiyi dövlət nümayəndələrindən ibarət heyət Azərbaycanın bu ölkədəki səfirliyində olub.
Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib. Qeyd edilib ki, “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm səbəbindən ölkəmizin Özbəkistandakı səfirliyində Dövlət Bayrağımız yarıya endirilib.
Matəmlə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. Özbəkistanın Baş naziri Abdulla Aripov, Özbəkistan Parlamentinin hər iki palatasının sədrləri, nazirlər, parlament üzvləri dekabrın 27-də Daşkənddəki səfirliyimizdə olub. Baş nazir Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzası ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, başsağlığı kitabında ürək sözlərini yazıb. Bundan başqa, xarici ölkələrin Özbəkistandakı diplomatik korpuslarının rəhbərləri, ölkə vətəndaşları, diasporumuzun üzvləri faciə ilə bağlı səfirliyimizin önünə tər çiçəklər düzüb, başsağlığı kitabında ürək sözlərini qeyd ediblər.
Matəmlə bağlı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənd şəhərində yerləşən binasında da Azərbaycanın Dövlət Bayrağı endirilib.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual