The Economist: "Qütb ayısına minən Tramp"

İngiltərə nəşri The Economist ABŞ Prezidenti Donald Trampın Qrinlandiya mövzusunu işıqlandırıb. Derginin üz qabığında Tramp “qütb ayısına minmiş” şəkildə göstərilib.

Sherg.az xəbər verir ki, Davos Zirvəsində gözlənilən gərgin çıxışını yumşaldan Tramp, Qrinlandiyanın mülkiyyətini hələ də tələb etsə də, keçən həftə səsləndirdiyi gömrük rüsumları və “gərəkirsə güc istifadə edərik” təhdidlərini geri çəkib. O, “müzakirələrlə həll etməliyik” mesajını verib.

Lakin məsələ tam həll olunmayıb. Tramp ada təhlükəsini ABŞ-nin daha yaxşı qoruya biləcəyini vurğulayıb və nəzarəti istəməkdə davam edir. The Economist bu yanaşmanı “dar və pessimist” adlandıraraq, ABŞ-nin müttəfiqləri ilə etimadına zərər verdiyini qeyd edib. Qrinlandiyada ABŞ-nin mövcud hərbi bazası və NATO ilə qorunması vurğulanıb.

Eyni zamanda, Trampın sərt-yumşaq mövqeyi adanın gələcəyi və beynəlxalq münasibətlərdə sual işarələri yaradıb.