Türk Hava Yolları (THY) 100 milyard lirəlik investisiya ilə dünyanın ən böyük yük terminalını və təyyarə içi yemək istehsal müəssisəsini quracağını, həmçinin 26 min yeni iş yeri yaradacağını açıqlayıb.
Sherg.az xəbər verir ki, THY-nin açıqlamasında qeyd olunub:
"Türkiyə böyüyür, Türk Hava Yolları qanadlanır. 100 milyard lirəlik investisiya ilə dünyanın ən böyük karqo terminalını və təyyarə içi yemək işini qurur, 26 min yeni iş yeri ilə gələcəyi birlikdə inşa edirik. Türkiyənin bayraq daşıyıcı hava yolu olaraq bu qürur bizimdir."