Ukraynanın müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko rüşvət işi üzrə onun əleyhinə ifadəni hakim “Xalqın Xidmətçisi” partiyasından deputat İqor Kopıtın verdiyini iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə o, məsələ ilə əlaqədar keçirilən məhkəmə iclasında danışıb.
“Bütün bu pazlları bir yerə yığdıq, artıq deyə bilərəm ki, həmin görüş Kopıtınla olub. Bu şəxs Ali Radanın deputatıdır. Cənab Kopıtın təkcə deputat deyil, həm də onunla bağlı Korrupsiyaya qarşı Mübarizə Bürosu tərəfindən cinayət işi açılıb. O, müəyyən tapşırıqlarını yerinə yetirməsi üçün bu qurumun təzyiqi altındadır”, - Timoşenko bildirib.
Xatırladaq ki, Ukrayna Korrupsiyaya qarşı Mübarizə Bürosu yanvarın 14-də Yuliya Timoşenkonun ofisində axtarış aparıb. O, qanun layihələri üzrə səsvermə üçün Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunur.