Toplum təzyiqi “ruh qorxusunu” yendi: Yaponiyanın Baş naziri rəsmi iqamətgaha köçdü

Yaponiyanın ilk qadın Baş naziri Sanae Takaçi, illər əvvəl yapon əsgərlərinin yaşadığı və “ruh dolaşdığı” deyilən rəsmi Baş nazirlik iqamətgahına ictimai təzyiq səbəbindən köçüb.

Sherg.az xəbər verir ki, Takaçi vəzifəyə başladıqdan iki ay sonra əvvəlcə deputatlar üçün ayrılmış digər mənzildə qalırdı. Tokyo mərkəzində, hökumət iş ofislərinin yanında yerləşən iqamətgah ABŞ-lı memar Frank Lloyd Wright tərəfindən layihələndirilib və 1930-cu illərdəki çeviriliş cəhdlərinə, eləcə də bir sıra yüksək rütbəli məmurların gənc hərbi zabitlər tərəfindən öldürülməsinə şahidlik edib. Binada hələ də həmin dövrdən qalan güllə izləri mövcuddur.

Əvvəlki Baş nazirlər Shigeru Ishiba və Fumio Kişida bu iqamətgahda yaşamış, ruh qorxusunun olmadığını bildiriblər. Şinzo Abe və Yoshihide Suga isə fərqli mənzilləri seçdikləri üçün bina 2012–2021-ci illərdə boş qalmışdı.