Tramp: ABŞ-ın Venesueladan nə vaxt çıxacağı “zaman göstərəcək”

ABŞ Prezidenti Donald Tramp Venesuela üzərində ABŞ-ın siyasi və iqtisadi nəzarətinin uzun illər davam edə biləcəyini bildirib. The New York Times qəzetinə müsahibəsində Tramp Vaşinqtonun ölkəni faktiki olaraq idarə edəcəyini və Venesuela neft gəlirlərini nəzarətdə saxlayacağını deyib.

Sherg.az xəbər verir ki, ABŞ-ın Venesuelada nə qədər qalacağı ilə bağlı konkret vaxt açıqlamayan Tramp, “Üç ay, altı ay, bir il? Daha uzun” ifadəsini işlədib. O, Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar ediləcəyini də açıq şəkildə vurğulayıb.

ABŞ administrasiyasının üç mərhələli planla Venesuela neftinin satışına faktiki nəzarəti ələ keçirməyi hədəflədiyi bildirilir. ABŞ-ın hərbi müdaxilə ehtimalı və ölkədən çıxış vaxtı isə hələlik qeyri-müəyyən olaraq qalır.