Vaşinqton Meksikadakı narkokartellərə qarşı mübarizə çərçivəsində quru hədəflərinə zərbələr endirməyi planlaşdırır.
APA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bu planlar barədə danışıb.
Tramp bildirib ki, narkokartellər faktiki olaraq Meksikaya nəzarət edir və bu vəziyyət ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, narkotiklər səbəbindən ABŞ-da hər il 250–300 min insan həyatını itirir.
“Biz kartellərlə bağlı quru hədəflərinə zərbələr endirməyə başlayacağıq. Kartellər Meksikanı idarə edir. Bu ölkənin başına gələnləri izləmək çox kədərlidir”, – Tramp vurğulayıb.