Tramp: ABŞ-nin Venesuela neftinə qarşı birtərəfli embarqosu qüvvədə qalır

ABŞ-nin Venesuelaya neft ixracına qarşı tətbiq etdiyi birtərəfli embarqo hələ də qüvvədədir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında danışıb.

“Bu olduqca uğurlu əməliyyat ABŞ suverenliyinə təhlükə yaradan və amerikalıların həyatını riskə atan hər kəs üçün xəbərdarlıq olmalıdır. Venesuela neftinə tətbiq edilmiş embarqo tam gücü ilə qüvvədə qalır. Tələblərimiz tam yerinə yetirilməyincə ABŞ bütün hərbi variantları öz ixtiyarında saxlayır”, - Tramp deyib.

Qeyd edək ki, ABŞ-nin Venesuela neftinə qarşı birtərəfli embarqosu artıq bir neçə ildir tətbiq edilir və ölkənin əsas gəlir mənbəyinə ciddi təsir göstərir.