Tramp ABŞ-nin Venesueladakı hərbi əməliyyatının detalları barədə danışdı

ABŞ Venesuela paytaxtı Karakasda əməliyyat həyata keçirən zaman şəhərin elektrik təchizatı kəsilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo rezidensiyasında keçirdiyi mətbuat konfransında danışıb.

Trampın sözlərinə görə, ABŞ-nin xüsusi texniki imkanları sayəsində Karakasda işıqlar böyük həcmdə kəsilib.

O əlavə edib ki, əməliyyat zamanı Venesuela silahlı qüvvələri müdafiəsiz qalıb.