ABŞ Prezidenti Donald Tramp Qrenlandiya mövzusunda NATO ilə danışıqlar aparıldığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir, lakin 2009-cu ildə muxtariyyət qazanıb. Yanvarın 5-də Tramp ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya ərazisi üzərində nəzarət planlarını açıqlayıb.
Danimarka Müdafiə Nazirliyi ABŞ-nin adaya hücumuna cavab veriləcəyini bildirib.