ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ hərbçiləri Şimali Atlantikdə Rusiya bayrağı altında üzən Marinera adlı neft tankerini saxlayıb. Onun sözlərinə görə, tanker Rusiya gəmiləri tərəfindən müşayiət olunsa da, onlar amerikalılarla toqquşmaya girməyərək ərazini tərk ediblər.
Sherg.az xəbər verir ki, Tramp "Fox News"a müsahibəsində qeyd edib ki, saxlanılan tanker hazırda neft boşaldır. ABŞ mətbuatının yazdığına görə, Moskva tankeri qorumaq üçün sualtı qayıq və hərbi gəmilər göndərsə də, bu məlumat Rusiya tərəfindən rəsmi təsdiqlənməyib.
Məlumata əsasən, tanker əvvəlcə Panama bayrağı altında "Bella 1" adı ilə Venesuelaya doğru hərəkət edib. ABŞ sanksiyalarından yayınmaq məqsədilə sonradan adı dəyişdirilərək Marinera qoyulub və Rusiya bayrağı çəkilib. Gəmi yanvarın 7-də ABŞ sahil mühafizəsi tərəfindən sanksiyaların pozulmasına görə saxlanılıb.