ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Venesuelanı bütün keçid dövrü ərzində idarə edəcək.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.
Tramp qeyd edib ki, məqsəd təhlükəsiz, düzgün və məqsədyönlü keçid prosesini təmin etməkdir.
O əlavə edib ki, ABŞ qüvvələri artıq Venesueladadır və nizamlı keçid təmin etmək üçün lazım olduğu müddətcə orada qalacaq.