Tramp Avropaya Rusiyadan neft alışı ilə bağlı xəbərdarlıq etdi
Yusif Nəzərli
06:27 21.09.2025
Dünya
515
ABŞ Donald Tramp Avropa ölkələrini Rusiyadan neft almağı dayandırmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
“Avropalılar Rusiyadan neft alır – bu, yolverilməzdir, elə deyilmi?” – Tramp vurğulayıb.
Məlumata görə, bundan öncə Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşdən sonra Tramp bəyan etmişdi ki, ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır.
Nəşr xatırladır ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropa ölkələrinin əksəriyyəti Moskvanın neftini birbaşa almağı dayandırıb. Lakin hələ də az miqdarda neft Macarıstana və dənizə çıxışı olmayan Şərqi Avropa ölkələrinə çatdırılır. Bundan əlavə, Avropa ölkələri Hindistan və Türkiyədən dizel yanacağı idxal edir. Bu yanacaq isə əsasən Rusiyadan gətirilən neftin emalı nəticəsində əldə olunur.
Bu səbəbdən Tramp ABŞ-nin NATO-dakı səfiri Mett Vitakerə Avropa üzərində təzyiqi artırmağı tapşırıb. “Onlar Rusiyadan neft alışı dayandırmalıdır. Mett buna uzun müddət icazə verməyəcək”, – ABŞ prezidenti bəyan edib.
Tramp həmçinin bir daha Rusiya prezidenti Vladimir Putinlə bağlı narazılığını ifadə edib. Onun sözlərinə görə, Ukraynadakı müharibə neftin qiymətləri bir qədər də aşağı düşəcəyi təqdirdə sona çata bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat