Tramp Baydenə ağır Çin “mirası” qoyub - TƏHLİL
Fidan Həmişəyeva
11:14 11.12.2020
Dünya
527
“Bayden bu “miras”dan qurtula bilməyəcək. Çinə qarşı sanksiyaları yumşaltmaq da ona çətin olacaq”
“Çünki Çinin siyasəti yalnız Ağ Evdə etiraz doğurmur"
"Başda Konqresin iki palatası olmaqla Pentaqon və Dövlət Departameni də Pekinə qarşı siyasətin yumşaldılmasının əleyhinədir”
Amerika Birləşmiş Ştatlarının siyasi kuluarlarında əsas mövzu Çin olaraq qalır. Çinin artan iqtisadi və hərbi gücü Vaşinqtonda qıcıq oyadır. Buna görə də Vaşinqtonda Çini dayandırmağın yollarını arayırlar. ABŞ-ın ticarət naziri Vilbur Ross dekabrın 8-də Sinqapurda Asiya Forumunun açılışında deyib ki, Asiya bölgəsində əsas hərbi və iqtisadi təhlükə Çindən qaynaqlanır.
Vilbur Rossun sözlərinə görə, Çin beynəlxalq ticarətin bir çox qaydalarına hələ də əməl etmir və ABŞ Çinə qarşı sanksiyalar tətbiq etmək məcburiyyətindədir. Maraqlıdır ki, ABŞ-da dempinq tədarükünə qarşı qəbul edilən 539 qərardan 210-u Çinə aiddir. Ross sözlərinə onu da əlavə edib ki, daha sərbəst və ədalətli ticarəti təşviq etmək vacibdir.
Prosesləri “Sherg.az” a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Donald Tramp prezident kürsüsünü Cozef Baydenə təhvil verməyə hazırlaşsa da, Çinlə münaqişəni davam etdirir:
“Məsələn, Vaşinqton Çin parlamentinin rəhbərliyinin 14 üzvünü sanksiya siyahısına daxil edib və Tayvana yeni bir silah dəsti vermək niyyətindədir. Pekin həmişəki kimi Vaşinqtonu sərt əks tədbirlərlə hədələyir. ABŞ dövlət katibi Mayk Pompeo “The Wall Street Journal” dərgisinə verdiyi müsahibədə Çinlə münasibətlərdəki dəyişikliklərin geri dönməz və yenidən qurulmasının mümkünsüz olduğunu bildirib.
Bu arada, ABŞ-ın yeni prezidenti Baydenin Çinə göndərəcəyi yeni səfirini müəyyənləşdirdiyinə dair xəbərlər yayılıb. Bu, 2020-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd Demet Pete Buttidjiç ola bilər. Ancaq Trampın Çinə qarşı siyasəti Baydenə gələcəkdə ciddi problemlər yaradacaq. Çünki Amerikanın Çinə qarşı qəbul etdiyi sərt sanksiyaları yumşaltmaq çətin olacaq. Tramp qəsdən Baydenin gələcək Çin siyasətini gərginləşdirir. Bəllidir ki, Bayden Çinlə münasibətləri normallaşdırmaq istəyir. Ancaq Trampın “xarici siyasət mirası” Baydenin Çinə yönəlik manevr imkanlarını məhdudlaşdırır”.
Analitik qeyd edib ki, Vaşinqton Çinin elan etdiyi bütün layihələrini özü üçün təhlükə kimi qiymətləndirir:
“Amerika rəsmiləri Pekinin inadla beynəlxalq ticarətin bir çox qaydalarına əməl etmədiyini və bununla əlaqədar Vaşinqtonun ona qarşı daha çox sanksiya tətbiq etmək məcburiyyətində qaldığını iddia edirlər. ABŞ administrasiyası koronavirusun yayılmasına görə Çinin məsuliyyət daşıdığını vurğulamaqdan yorulmur. Mayk Pompeo Çin Kommunist Partiyasının dünya ölkələrinin iqtisadiyyatını məhv edən və bir milyon yarım insanın ölümünə səbəb olan virusa görə Çin Kommunist Partiyasının məsuliyyət daşıdığını bir daha səsləndirib”.
E.Şahinoğlunun sözlərinə görə, Bayden Trampın Çin “mirasından” qurtula bilməyəcək:
“Çinə qarşı sanksiyaları yumşaltmaq da Baydenə çətin olacaq. Çünki Çinin siyasəti yalnız Ağ Evdə etiraz doğurmur, başda Konqresin iki palatası olmaqla Pentaqon və Dövlət Departameni də Pekinə qarşı siyasətin yumşaldılmasının əleyhinədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək
09:31 04.05.2026
Gündəm
Kruiz gəmisində hantavirus yayıldı: Ölənlər var
09:19 04.05.2026
Dünya