Tramp: Biz artıq Hörmüz boğazı məsələsini həll etmişik

Biz artıq Hörmüz boğazı məsələsini həll etmişik.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CNN-ə deyib.

ABŞ Prezidenti İran donanmasının sıradan çıxarıldığını vurğulayıb.

“İranlıların donanmalarını məhv etmişik”,- Tramp qeyd edib.

O, ABŞ-ın İran donanmasının 25 gəmisini məhv etdiyini bildirib.