ABŞ Rusiya və ya Çinin Qrenlandiyaya getməsini istəmir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə iri neft şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
"Yeri gəlmişkən, biz Rusiyanın və ya Çinin Qrenlandiyaya getməsini istəmirik, çünki əgər Qrenlandiyanı götürməsək, ən yaxın qonşularınız Rusiya və ya Çin olacaq. Bu, baş verməyəcək", - o bildirib.