Tramp canlı yayımda iki ölkəni hədələdi: Diqqətli olsunlar!

ABŞ Prezidenti Donald Tramp canlı yayımda çıxış edərək Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin ABŞ hərbi gəmisi ilə Nyu-Yorka aparıldığını açıqlayıb.

Sherg.az xəbər verir ki, Tramp eyni zamanda Kolumbiyanı kokain istehsalında ittiham edərək açıq şəkildə hədələyib, Kuba ilə bağlı isə “danışacağımız ölkələrdən biri olacaq” deyib.

Venesueladakı hərbi əməliyyatı şəxsən izlədiyini bildirən Tramp, əməliyyatın “saniyələr içində” tamamlandığını vurğulayıb. ABŞ-ın Venesuelanın gələcək idarəçiliyinə və neft sənayesinə “birbaşa müdaxilə edəcəyini” söyləyən Tramp, Maduroya sadiq qalanların “gələcəyinin yaxşı olmayacağını” da bildirib.

Qalereya