Tramp Çin lideri barədə: Çətin adamdır

ABŞ Prezidenti Donald Tramp çinli həmkarı Si Cinpinlə əla münasibətə malik olduğuna inanır. Amma onun sözlərinə görə, Çin lideri ilə danışıqlar aparmaq çox çətindir.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.

“Mən həmişə Çin lideri Si Cinpinə rəğbət bəsləmişəm və bundan sonra da hörmət bəsləyəcəyəm, amma o, çox çətin adamdır, onunla razılaşmaq son dərəcə çətindir”, - ABŞ Prezidenti vurğulayıb.