Tramp Çində Putinlə yanaşı Kim Çen Inla da görüşə bilər

ABŞ Prezidenti Donald Tramp Çinə səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirib, Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparmaq ehtimalını da istisna etməyib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

Məlumata görə, Tramp və Putinin görüşü noyabrın 19-da keçirilə bilər. Görüşün dəqiq vaxtı hələ açıqlanmayıb. ABŞ, Rusiya və Çin liderlərinin – Donald Tramp, Vladimir Putin və Si Cinpinin Çində bir araya gələcəyi isə gözlənilir.