Tramp Çinə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Çinə səfər edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə Filippin Prezidenti Ferdinand Markos ilə görüşü zamanı bildirib.

Tramp qeyd edib ki, Çin rəhbəri Si Cinpin artıq onu rəsmi şəkildə ölkəyə dəvət edib.

“Çox sayda görüşlərimiz planlaşdırılıb. Prezident Si məni Çinə dəvət edib və yəqin ki, yaxın gələcəkdə ora gedəcəyik. Bu, çox tez olmayacaq, amma uzaq da deyil. Bir çox ölkə liderləri məni dəvət ediblər və yaxın vaxtlarda bu barədə qərar verəcəyik”, – o deyib.