Tramp Danimarka baş nazirini 45 dəqiqə danlayıb

ABŞ Prezidenti Donald Tramp Danimarkanın Baş naziri Mette Frederikseni Qrenlandiya ilə bağlı 45 dəqiqə danlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, iki liderin telefon danışığı ötən ilin yanvar ayında baş tutub.

Frederiksen özü qəzetə verdiyi açıqlamasında Trampla söhbətinin təfərrüatını açıqlamaqdan imtina edib.