ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdən sonra Konqresdə çoxluğun demokratlara keçəcəyi təqdirdə onların qanunvericilik təşəbbüslərinə veto qoyacağını bildirib.
Sherg.az xəbər verir ki, Tramp CBS telekanalına müsahibəsində demokratların Konqresə nəzarəti ələ keçirməsi ehtimalı ilə bağlı suala cavab olaraq, “Mənim ən yüksək səlahiyyətim var – onun adı vetodur”, – deyib. O, bununla da “Cənab Veto” ləqəbini doğrultmağa hazır olduğunu nümayiş etdirib.
Bununla yanaşı, Tramp Respublikaçılar Partiyasının seçkilərdə qələbə qazanacağına inandığını, lakin konkret proqnoz vermək istəmədiyini bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl demokratların qələbəsi halında impiçment cəhdləri ilə üzləşə biləcəyini də istisna etməmişdi.