Tramp: Hakimiyyətə gəlməsəydim, NATO artıq "tarixin zibilliyinə" atılmış olacaqdı

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, onun fəaliyyəti sayəsində NATO “tarixin zibilliyinə” atılmayıb.

APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

“Əgər mən hakimiyyətə gəlməsəydim, NATO indi artıq mövcud olmazdı. O, tarixin zibilliyinə atılmış olardı. Bu kədərli səslənir, amma bu həqiqətdir”, – deyə ABŞ lideri qeyd edib.