Tramp: İran hakimiyyəti etirazçıların edamını planlaşdırmır

ABŞ İran hakimiyyətinin etiraz aksiyalarında iştirak edən şəxslərin edamını planlaşdırmadığına dair məlumat əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

ABŞ prezidenti qeyd edib ki, ona etibarlı mənbələrdən İranla bağlı müsbət məlumatlar daxil olub:

“Bizə bildirilib ki, İranda qətllər dayandırılıb, artıq baş vermir. Heç bir edam planlaşdırılmır. Bu barədə mənə etibarlı mənbələr məlumat verib”, - deyə Tramp vurğulayıb.