Tramp İran müxalifətinə necə yardım edəcəyini açıqlamadı

Prezident Donald Tramp ABŞ-nin İrandakı müxalifətə hansı yardımı göstərəcəyini açıqlamaqdan imtina etdi.

Teleqraf CNN-ə istinafən xəbər verir ki, Donald Tramp administrasiyasının İran müxalifətinə hansı yardımı göstərməyi planlaşdırdığını açıqlamayıb.

Detroytdakı "Ford".avtomobil zavoduna səfəri zamanı jurnalistlər Trampdan "Truth Social"dakı paylaşımında nəyi nəzərdə tutduğunu soruşublar.

Həmin paylaşımda Tramp İran müxalifətini dövlət qurumlarını ələ keçirməyə çağırıb və onlara köməyin yolda olduğunu bildirib.

Tramp jurnalistlərin uyğun sualına "bunu öyrənməli olacaqsınız. Bağışlayın", - deyə cavab verib.