Tramp İrana xalqına: Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın!

ABŞ Prezidenti Donald Tramp İran hökumətinə qarşı etiraz aksiyalarına zorakılıq dayandırılana qədər İranın rəsmi şəxsləri ilə bütün təmasları dayandırdığını açıqlayıb.

Sherg.az xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib:

“İranlı vətənpərvərlər, etirazları davam etdirin, qurumlarınızı geri alın. Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Bunun əvəzini ağır ödəyəcəklər”, – deyə o yazıb.

ABŞ lideri əlavə edib ki, etirazçılara qarşı “mənasız qətllər” dayandırılmayana qədər İran rəsmiləri ilə heç bir görüş keçirilməyəcək.