Tramp İranla istənilən qədər danışıqlar aparmağa hazır olduğunu deyib

ABŞ Prezidenti Donald Tramp İranla istənilən qədər danışıqlar aparmağa hazır olduğunu bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı danışıb.

“Mən onlarla istənilən qədər danışacağam. Görək biz onlarla razılaşma əldə edə bilərikmi”, - Tramp deyib.

Qeyd edək ki, bundan əvvəl Tramp Tehranın nüvə proqramı ilə bağlı razılaşmanın bir ay ərzində əldə oluna biləcəyini bildirib.

“Biz razılıq əldə etməliyik. Əks halda situasiya çox ağır olacaq və mən bunu istəmirəm”, - dövlət başçısı deyib.