Tramp: “İsrail dərhal bombardmanı dayandırmalıdır”

Hamas, atəşkəs prosesinə dair açıqlama yayıb: “Qəzzadakı qırğınların dayandırılması planına müsbət yanaşırıq. İsrailli girovları buraxmağa hazırıq. Vasitəçilər vasitəsilə müzakirəyə açığıq. Qəzzadakı müharibə dərhal dayandırılmalı və İsrail geri çəkilməlidir. Silahlarımızı qurulacaq Fələstin dövlətinə təhvil verməyə hazırıq.”

Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp isə bu açıqlamalara cavab olaraq bildirib: “İsrail dərhal Qəzzanı bombalamağı dayandırmalıdır ki, girovlar təhlükəsiz şəkildə azad edilsin. Bu yalnız Qəzzayla bağlı deyil, uzun müddətdir arzu olunan sülhün təminatı üçündür.”