Məndə Rusiyanın İranı dəstəkləməsinə dair heç bir təsdiq yoxdur.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp təyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında deyib. “Əgər belədirsə, deməli, çox yaxşı iş görmürlər, çünki İran özü çox da yaxşı işlər görmür”,- deyə Tramp bildirib.
O əlavə edib ki, ABŞ bir həftə ərzində hər kəsin mümkün hesab etdiyindən daha çoxuna nail olub: “Onların donanmasını, 44 gəmisini, hava qüvvələrini, raketlərinin əksəriyyətini məhv etdik. Onlara ən ağrılı yerdən zərbə vurduq".