ABŞ Prezidenti Donald Tramp "Wall Street Journal" qəzetinə verdiyi açıqlamada müntəzəm olaraq idmanla məşğul olmadığını bildirib.
APA xəbər verir ki, Tramp bunu darıxdırıcı hesab etməsi ilə əsaslandıraraq məşğul olduğu yeganə idman növünün qolf olduğunu deyib.
"Sadəcə xoşuma gəlmir. Darıxdırıcıdır", - Tramp etiraf edib.